Modern.az

"Ben-Qurion" aeroportunda qadağalar götürülüb

Dünya

14 Oktyabr 2023, 22:29

İsrailin "Ben-Qurion" hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Yerusəlim Post" nəşri bildirib. 

 

"Hazırda hava limanı kompleksi normal rejimdə işləyir.Cədvəl əlavə evakuasiya uçuşları nəzərə alınmaqla yenilənir", - nəşr yazıb.

 

Qeyd edilib ki, əksər xarici aviaşirkətlər təhlükəsizlik ilə əlaqədar İsrailə uçuşları dayandırsa da, bəziləri təxliyə uçuşlarını həyata keçirməyə davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!