Misir hakimiyyəti Qəzza zolağı ilə sərhəddə yerləşən və Fələstin sakinlərinə humanitar yardımın təhlükəsiz çatdırılmasını təmin edəcək Rəfah keçid məntəqəsinin fəaliyyəti ilə bağlı hərtərəfli razılığa gəlmək niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə Misir təhlükəsizlik qüvvələrinin nümayəndələrinə istinadla “Maan” agentliyi məlumat yayıb.
Məlumata görə, Qahirə humanitar yüklərin zolağa daxil olmasına zəmanət verən razılaşma əldə etmədən, yalnız Qəzzadan gələn xarici vətəndaşların keçidi üçün Rəfah keçidini açmaqdan imtina edir.
Misir əcnəbilərin Qəzzadan çıxarılması və malların zolağa çatdırılmasından əlavə, münaqişə tərəfləri arasında barışıq məsələlərini də əhatə edən hərtərəfli həll yollarının tapılmasında israrlıdır.