Fələstinin HƏMAS hərəkatı ilə genişmiqyaslı hərbi qarşıdurmanın başlamasından bu yana İsrailin 279 hərbçisi həlak olub.
Modern.az xəbər verir ki, bu barədə “Haaretz” qəzeti İsrail ordusunun sözçüsü Daniel Həqariyə istinadən məlumat yayıb.
İsrail ordusunun sözçüsünün məlumatına görə, 126-dan çox əsgər yaraqlılar tərəfindən əsir götürülüb. HƏMAS itkilər barədə rəsmi məlumat verməyib.
İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. İsraildə 1,3 min, Qəzza zolağında 2,2 min nəfər ölüb.