Modern.az

Baş nazir sevgilisindən ayrıldı

Baş nazir sevgilisindən ayrıldı

Dünya

20 Oktyabr 2023, 21:21

İtaliyanın Baş naziri Georgia Meloni sevgilisindən ayrılıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "X" hesabında yazıb.

 

Xanım baş nazir televiziya jurnalisti Andrea Qiambrunodan ayrıldığını bildirib.

 

"Andrea Qiambruno ilə demək olar ki, 10 il davam edən münasibətim burada bitir. Bizim yollarımız bir müddətdir ki, ayrılıb və bunu etiraf etməyin vaxtı çatıb", - deyə o əlavə edib.

 

Meloni şəxsi həyatındakı çətinliklərdən yayınmayacağını qeyd edib.

 

2014-cü ildə telestudiyada tanış olan cütlüyün yeddi yaşlı qızı var.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!