Modern.az

Qərbdən İsrailə ÇAĞIRIŞ

Qərbdən İsrailə ÇAĞIRIŞ

Dünya

20 Oktyabr 2023, 22:16

ABŞ və Avropa İttifaqı (Aİ) səlahiyyətliləri girovların azad edilməsi ilə bağlı HƏMAS hərəkatı ilə danışıqlara vaxt qazanmaq üçün İsraili Qəzza zolağında quru əməliyyatını təxirə salmağa çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

 

Mənbələr bildirib ki, HƏMAS ilə danışıqlar “uğursuz ola bilər”, lakin yaraqlıların “ən azı bir neçə mülki vətəndaşı” azad etmək şansı var.

 

"Bloomberg"in məlumatına görə, Qərb müttəfiqlərinin təzyiqi ilə İsrail Qəzza zolağına genişmiqyaslı hücumu təxirə salmağa razılaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!