Modern.az

HƏMAS iki amerikalı qadını azad etdi

HƏMAS iki amerikalı qadını azad etdi

Dünya

20 Oktyabr 2023, 22:55

HƏMAS iki ABŞ vətəndaşını əsirlikdən azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Hərəkatın Qəzza zolağındakı silahlı qanadının nümayəndəsi Əbu Ubeydə girovluqda olan iki qadının azad edildiyini açıqlayıb. Onun sözlərinə görə, bu qərar “humanitar səbəblərdən” verilib.

 

Agentliyin məlumatına görə, azad edilən girovlar ana və qızıdır. Agentlik HƏMAS-ın hərbi qanadının nümayəndəsinə istinadən qeyd edir ki, girovların azad edilməsi Qətərin “vasitəçilik səyləri” sayəsində mümkün olub.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!