Modern.az

General Afzalov komandan təyin edildi

General Afzalov komandan təyin edildi

Dünya

20 Oktyabr 2023, 23:52

General-polkovnik Viktor Afzalov Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinin baş komandanı təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "İzvestiya" nəşri yazıb.

 

Afzalov iyulun 23-dən etibarən general Sergey Surovikinin istefasından sonra Aerokosmik Qüvvələrin baş komandanı vəzifəsini icra edirdi.

 

Viktor Afzalov 1989-cu ildə Puşkin adına Hava Hücumundan Müdafiə Radioelektronika Ali Hərbi Məktəbini, 2000-ci ildə Hərbi Hava Hücumundan Müdafiə Universitetini, 2010-cu ildə isə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib. O, hərbi karyerası ərzində Hava Hücumundan Müdafiə Korpusunun zenit-raket bölmələri qrupunun döyüş idarəetməsi şöbəsinin ekipaj rəisindən tutmuş qərargah rəisi - Hərbi Hava Qüvvələri komandirinin birinci müavini vəzifələrində çalışıb. 2017-ci ilin iyul ayında Şərq Hərbi Dairəsinin Hərbi Hava və Hava Hücumundan Müdafiə Ordusunun komandanı təyin edilib. 2022-ci ilin dekabrında general-polkovnik rütbəsi alıb.

Sizə yeni x var
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!