Rusiya ordusuna məxsus İL-76 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, Tacikistanın aeroportunda təyyarədə yanğın olub.
Yanğın təyyarənin mühərrikində baş verib. Daha sonra təyyarə tamamilə yanıb. Hadisə zamanı təyyarədə 8 nəfər ekipaj üzvü olub, onların heç biri xəsarət almayıb.