Modern.az

1,4 milyon insan Qəzzadan məcburi köçkün düşüb

1,4 milyon insan Qəzzadan məcburi köçkün düşüb

Dünya

21 Oktyabr 2023, 12:25

Qəzzada təxminən 1,4 milyon məcburi köçkün var ki, onlardan 544 mindən çoxu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi  tərəfindən yaradılmış 147 müvəqqəti sığınacaqda yerləşib.

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin hesabatında deyilir.

Qəzza Mənzil Nazirliyinin məlumatına görə, döyüşlər başlayandan bəri Qəzza zolağında bütün yaşayış binalarının ən azı 30%-i dağıdılıb və ya zədələnib.
 

“Ehtiyat generatorları işə salmaq üçün yanacağın idxalına qoyulan qadağa ilə daha da kəskinləşən elektrik kəsilməsi ardıcıl onuncu gündür ki, davam edir. Təhlükəsiz mənbələrdən su istehlakının artması yoluxucu xəstəliklərin baş vermə riskini artırır”, - BMT agentliyi vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!