Modern.az

Fələstinlilər Qəzzadan köçürülməyə razı olmayacaqlar - Mahmud Abbas

Fələstinlilər Qəzzadan köçürülməyə razı olmayacaqlar - Mahmud Abbas

Dünya

21 Oktyabr 2023, 14:41

Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Qahirədə keçirilən beynəlxalq konfransda deyib ki, İsrail ordusunun atəşinin davam etməsinə baxmayaraq, fələstinlilər Qəzza zolağından kənara köçürülməyə razı olmayacaqlar.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, M.Abbas Qəzza zolağına yardımın davam etdirilməsinə çağıraraq, “biz heç vaxt köçürülmə ilə razılaşmayacağıq, nə qədər çətinliklər olsa da, öz torpaqlarımızda qalacağıq” deyib.


O, "biz həmçinin, fələstinlilərin İordan çayının qərb sahilindəki və Qüdsdəki evlərindən qovulmasına qarşıyıq" söyləyib.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...