Modern.az

HƏMAS 210 nəfəri girov saxlayır - İsrail

HƏMAS 210 nəfəri girov saxlayır - İsrail

Dünya

21 Oktyabr 2023, 15:24

HƏMAS qruplaşması Qəzza zolağında 210 nəfəri girov saxlayır.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib.

"İndiyədək qaçırılan 210 və öldürülən 307 hərbçimizin ailələrini xəbərdar etmişik. Yaxın günlərdə bu rəqəm dəyişə bilər", - o deyib.

İsrail girovların Qəzzaya aparıldığını, ancaq onların dəqiq yerinin bilinmədiyini, bu üzdən onları qurtarmağın çətinləşdiyini bildirib. Rəsmilər çox adamın Qəzzanın altındakı tunellər şəbəkəsində saxlana biləcəyini deyiblər. İsrail əsgərləri bu tunelləri “Qəzza metrosu” adlandırırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!