Modern.az

HƏMAS-ı terror təşkilatı saymırıq - Ərdoğan

HƏMAS-ı terror təşkilatı saymırıq - Ərdoğan

Dünya

25 Oktyabr 2023, 14:16

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağını idarə edən HƏMAS qruplaşması haqqında danışıb.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, Ərdoğan HƏMAS-ı terror təşkilatı saymadığını söyləyib.

 

"HƏMAS terror təşkilatı deyil", - deyə bildirən Türkiyə prezidenti qruplaşmanı "torpaqlarını qoruyan mücahidlər" adlandırıb.

 

Xatırladaq ki, Ərdoğan İsrailə planlaşdırılan səfərini ləğv etdiyini açıqlayıb.

 

Qeyd edək ki, bir çox Qərb ölkələri və İsrail HƏMAS-ı terror təşkilatları siyahısına daxil edib. 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam etməkdədir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!