Modern.az

Dünyanı 5 dövlətin maraqlarına təslim etmək olmaz - ƏRDOĞAN

Dünyanı 5 dövlətin maraqlarına təslim etmək olmaz - ƏRDOĞAN

Dünya

25 Oktyabr 2023, 14:36

Türkiyə prezidenti növbəti dəfə Birləşmiş Millətlər Təşkilatında islahatlar aparılmasının vacibliyini vurğulayıb.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, Ərdoğan BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünə diqqət çəkib.

 

"Dünyanın təhlükəsizliyini 5 dövlətin maraqlarına təslim edən bir strukturun davamlılığı yoxdur", - o qeyd edib.

 

Türkiyə prezidenti "uşaq ölümlərinə laqeyd qalan sistemin ciddiyəalınmaz olduğu"nu deyib.

 

Xatırladaq ki, BMT TŞ-nin veto hüququna malik daimi üzvləri Çin, Rusiya, ABŞ, Fransa və Böyük Britaniyadır. Ərdoğan hər zaman "Dünya 5-dən böyükdür" devizi ilə məsələni gündəmə gətirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!