"Ermənistan regionda baş verən hadisələrdən kənarda qala bilməz və bu mənada “3+3” formatı ölkə üçün çox önəmlidir".
Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Son nəticədə biz regionumuzda baş verən proseslərdən kənarda qala bilmərik. “3+3 regionumuzda baş verən və ölkəmiz üçün vacib olan prosesdir. Ermənistan-Azərbaycan münasibətlərinin artıq başqa məkanlarda müzakirə olunur. Bölgənin sülh və təhlükəsizliyinin başqa yerdə müzakirə olunmayacağını deməyə ehtiyac yoxdur. Bu, səhv olardı. Əminəm ki, regionun təhlükəsizliyi regionun özündə müzakirə olunmalıdır. Mən hələ də “3+3” formatını başlanğıc format hesab edirəm”, - deyə o əlavə edib.
Spiker Ermənistan-Azərbaycan danışıqlar prosesinin dalana dirəndiyinə inanmadığını söyləyib: “Danışıqlar prosesinin dalana dirəndiyinə inanmıram, xüsusən də Ermənistan tərəfinin fəal siyasəti və fəal beynəlxalq təmaslar sayəsində biz prosesi hamı üçün məqbul olan hansısa məntiqə gətirmişik”.