Modern.az

Qəzzada ölənlərin sayı 6546-ya çatıb

Qəzzada ölənlərin sayı 6546-ya çatıb

Dünya

25 Oktyabr 2023, 16:58

Qəzza Səhiyyə Nazirliyi müharibə başlayandan bəri həlak olanların sayının 6.5 min nəfərə çatdığını açıqlayıb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, Qəzza zolağının HƏMAS-ın nəzarətindəki Səhiyyə Nazirliyi oktyabrın 7-dən bu yana ən azı 6546 fələstinlinin həyatını itirdiyini, 17439-nun isə yaralandığını bildirib.

 

Qeyd olunub ki, həyatını itirənlərin 2704-ü uşaqdır. Mətbuat katibi Əşrəf əl-Qudranın sözlərinə görə, son 24 saat ərzində Qəzza zolağında 756 nəfər həlak olub, onlardan 344-ü azyaşlıdır.

 

Fələstinli həkimlərin məlumatına görə, həftənin əvvəlindən ölənlərin 65%-i Qəzza zolağının cənubunda olub, anklavın əhəmiyyətli sayda sakini buradan təxliyə edilib.

 

Xatırladaq ki, 7 oktyabrda start götürən Fələstin-İsrail qarşıdurması HƏMAS-ın yaxınlıqdakı yəhudi yaşayış məntəqələrinə hücumu ilə başlayıb. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!