Modern.az

Ermənistan DİN-dən Qarabağ ermənilərinə çağırış: Silahlarınızı təhvil verin!

Ermənistan DİN-dən Qarabağ ermənilərinə çağırış: Silahlarınızı təhvil verin!

Dünya

25 Oktyabr 2023, 17:12

Ermənistan Daxili İşlər Nazirliyi Qarabağdan köçənlərə müraciət edib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, müraciəti nazir Vahe Qazaryanın özü parlamentdə səsləndirib.

 

O, Qarabağ ermənilərinə özləri ilə gətirdikləri silahları təhvil verməyə çağırıb.

 

"Müəyyən miqdarda silah və sursat daşınmasına dair sübutlar var. Artıq onların könüllü təslim olma halları da var. Hüquq-mühafizə orqanları izahat işləri aparır", - o əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!