Modern.az

Paşinyan sülhlə bağlı konsepsiyadan danışdı - Tərəfdaşlara göndərəcəyik

Paşinyan sülhlə bağlı konsepsiyadan danışdı - Tərəfdaşlara göndərəcəyik

Dünya

25 Oktyabr 2023, 17:20

"İrəvan Cənubi Qafqazda “sülh yollarının kəsişməsi” konsepsiyasını beynəlxalq tərəfdaşlara göndərəcək".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

 

Onun sözlərinə görə, broşür artıq çap olunma mərhələsindədir. 

 

"Konsepsiya Ermənistanın regional kommunikasiyaların açılması və sülhlə bağlı mövqelərini əks etdirir. İrəvan “Erməni yol ayrıcı” proqramını yenidən formatlayıb və onu ictimaiyyət üçün daha əlçatan edir", - Paşinyan belə deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Moskvada gərginlik - Ukraynadan ard-arda ağır zərbələr