Gürcüstan Baş naziri İrakli Qaribaşvili Tbilisidə keçirilən Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində çıxış edib.
Modern.az xəbər verir ki, o, Gürcüstanın Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.
Qaribaşvili xatırladıb ki, Gürcüstan hökuməti “Dinc Qonşuluq Təşəbbüsü”nü irəli sürüb. O vurğulayıb ki, Gürcüstan qonşu və dostları Azərbaycan və Ermənistanla Cənubi Qafqaza dayanıqlı sülh gətirmək istiqamətində birgə iştiraka hazırdır.
"Bu gün hər iki həmkarımı – Baş nazir Paşinyanı və Baş nazir Əli Əsədovu qonaq etdiyimə görə çox şadam. Dayanıqlı sülhün bizim ölkələrimizə, bütün regiona faydaları olacaq və xalqlarımıza layiq olduğu sülhü gətirəcək", - Baş nazir vurğulayıb.