Modern.az

Ukraynada müharibədə ölən uşaqların sayı 509-a ÇATIB

Ukraynada müharibədə ölən uşaqların sayı 509-a ÇATIB

Dünya

26 Oktyabr 2023, 11:52

Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində ölən ukraynalı uşaqların sayı 509-a çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğunun "Telegram" hesabında məlumat verilib.

 

Bildirilib ki, ötən ilin fevralından başlayan Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində bu günədək Ukraynada 509 uşaq ölüb, 1139-dan çox uşaq yaralanıb.

 

Baş Prokurorluq bildirib ki, bu məlumatlar yekun deyil, aktiv hərbi əməliyyatların aparıldığı, Rusiya tərəfindən işğal edilmiş ərazilərdə məlumatların toplanması istiqamətində işlər davam etdirilir.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!