Macarıstanın xarici işlər naziri Peter Siyarto sabah İrəvana gələcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Peter Siyartonun birgə mətbuat konfransı olacaq.
Qeyd edək ki, uzun fasilədən sonra Ermənistan və Macarıstan ikitərəfli diplomatik əlaqələri bərpa edib, iki ölkə prezidentləri yayda görüş keçirib.