Modern.az

39 rusiyalı Fransadan deport edilir

39 rusiyalı Fransadan deport edilir

Dünya

30 Oktyabr 2023, 13:46

39 rusiyalı Fransadan deportasiya edilir.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin məlumat verib.

 

“Radikallaşma şübhələrinə görə xüsusilə yaxından izlədiyimiz 39 Rusiya vətəndaşının siyahısını tərtib etmişik. Keçən həftə biz bunu Rusiya hakimiyyət orqanlarına təqdim etdik və müvafiq danışıqlara və prosedurlara başlayacağıq. Biz ölkəmizi radikalizmin mümkün mənfi təzahürlərindən, o cümlədən terror aktlarından qorumalıyıq”, - deyə o bildirib.

 

Nazir deportasiya ilə üzləşən rusiyalılarla bağlı təfərrüatları açıqlamayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!