"Ukraynanın işğal olunmuş Volnovaxa yaşayış məntəqəsində Rusiya əsgərləri 2-si uşaq olmaqla, 9 nəfərdən ibarət ailəni qətlə yetirib".
Modern.az xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Əminə Cabbar X-də yazıb.
"Müvəqqəti işğal edilmiş Ukrayna ərazilərində dinc sakinlərə qarşı terror davam edir. Ukrayna vətəndaşlarının Rusiya işğalçıları qarşısında tamamilə gücsüz olduğu yerlərdə gerçək cəhənnəm yaşanır", - deyə o qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
In occupied ??Volnovakha, ??soldiers killed a family of 9 people, including 2 children. Terror against the civilians continues in the temporarily occupied ??territories. Real hell, where ??citizens are completely powerless in front of ??occupiers. pic.twitter.com/caPaHWNQCj
— Emine Dzheppar (@EmineDzheppar) October 30, 2023