Ermənistanın aviadaşıyıcısı "FlyArna" Hindistan şirkəti ilə birgə İrəvan və Dehli arasında birbaşa reyslərin açılması üzərində işləyir.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın ərazi-idarəetmə naziri Qnel Sanosyan parlamentdə büdcə dinləmələrində bildirib.
O deyib ki, Çindən uçuşların başlanması üçün də iş gedir.
"Aviasiya sektoru inkişaf edir. Hökumətin prioriteti Aİ-nin qara siyahısından çıxmaqdır. Qeydə alınan pozuntuların əksəriyyəti artıq aradan qaldırılıb", - Sanosyan söyləyib.