Modern.az

Lavrov səudiyyəli həmkarı ilə danışıqlar apardı

Lavrov səudiyyəli həmkarı ilə danışıqlar apardı

Dünya

31 Oktyabr 2023, 15:54

Oktyabrın 31-də Rusiya XİN başçısı Sergey Lavrov Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysəl Ben Fərhan Əl Səud ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in informasiya resurslarında məlumat dərc olunub.

 

İkitərəfli münasibətlərin vəBRICS formatında qarşılıqlı fəaliyyətin aktual məsələləri müzakirə edilib. Müzakirələr 22-24 avqust tarixlərində Yohannesburqda keçirilən XV sammitdə liderlərinin 2024-cü il yanvarın 1-dən BRICS-ə yeni üzvlərin dəvət edilməsi ilə bağlı qərarı kontekstdə aparılıb.

 

Yaxın Şərq nizamlanması məsələsi ətrafında hərtərəfli fikir mübadiləsi də gerçəkləşdirilib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!