Modern.az

İsrail ordusu Qırmızı dənizdən atılan raketi zərərsizləşdirib

İsrail ordusu Qırmızı dənizdən atılan raketi zərərsizləşdirib

Dünya

31 Oktyabr 2023, 16:12

Qırmızı dənizdən İsrail ərazisinə raket atılıb.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

 

Bildirilib ki, raket HHM sistemləri tərəfindən zərərsizləşdirilib. Qırıcıların havaya qaldırıldığı və hədəfin İsrail sərhədlərinə çatmadan sıradan çıxarıldığı qeyd olunub.

 

İsrail ordusunun açıqlamasında sözügedən raketin haradan və hansı qüvvə tərəfindən atıldığı barədə məlumat verilməsə də, yerli mətbuat hücumun arxasında Yəməndəki İran tərəfindən dəstəklənən Husi qruplaşmasının olduğunu yazıb.

 

Qeyd edək ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam edir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək