Modern.az

Misir qəzzalıları Sinaya qəbuldan imtina edib - Baş nazir təsdiqlədi

Misir qəzzalıları Sinaya qəbuldan imtina edib - Baş nazir təsdiqlədi

Dünya

31 Oktyabr 2023, 17:34

Misirin baş naziri Mustafa Madbuli Sinay yarımadasındakı 2.3 milyon Qəzza sakinini qəbul etməkdən imtina etdiyini təsdiqləyib.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə o, Əl-Ariş şəhərində Şimali Sinay ağsaqqalları ilə görüşdə bildirib.

 

“Prezident Əbdülfəttah əs-Sisinin dediyi kimi, Misir bizə nəyinsə yüklənməsinə və ya regional problemlərin bizim hesabımıza həllinə icazə verməyəcək”, - baş nazir deyib.

 

O əlavə edib ki, Misir hakimiyyəti yaxın illərdə Sinay yarımadasının yenidən qurulmasını maliyyələşdirəcək və onun inkişafı üçün planlarını genişləndirəcək.

 

"Bu onun üçün ediləcək ki, heç kəs Misirin Sinayı tərk edəcəyini düşünməsin. Ərazini qorumaq üçün ölkə milyonlarla insanın həyatı ilə ödəməyə hazırdır", - Madbuli bəyan edib.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək