"Almaniya müdafiəyə hazır olmalıdır".
Modern.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius "Deutschlandfunk" radiosunda deyib.
Pistorius Ukraynada davam edən müharibə fonunda Almaniya silahlı qüvvələrinin strukturlarının yenidən təşkil olunacağını açıqlayıb. O, vurğulayıb ki, Avropada təcavüzkar tərəfindən müharibə təhlükəsi var və Almaniya buna psixoloji cəhətdən hazır deyil.
“Biz müharibəyə, müdafiə müharibəsinə hazır olmalıyıq, mübarizə aparmağı bacarmalıyıq ki, nəticədə bunu etmək məcburiyyətində qalmayaq”, - nazir qeyd edib.
Pistoriusun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzü bütün Avropanı yeni müharibənin astanasına gətirib və Almaniyanı ölkənin 30 ildir vərdiş etmədiyi yeni reallıqla üz-üzə qoyub.