Çinin "Baidu" və "Gaode" kimi xəritəçəkmə proqramlarında bütün ölkələr öz adları və bayraqları ilə göstərilib, ancaq İsrail və Fələstinə gəlincə, heç bir ad və bayraq qeyd olunmayıb.
Modern.az xəbər verir ki, məsələ ilə bağlı şirkətlərdən heç bir açıqlama verməyib.
Çin Xarici İşlər Nazirliyi isə "Baidu" və digər məşhur xəritə proqramlarında İsrailin adının olmaması ilə bağlı məsələyə aydınlıq gətirib.
"Çin və İsrail arasında normal diplomatik əlaqələrin olduğunu bilməlisiniz. Çinin səlahiyyətli orqanları tərəfindən dərc edilən standart xəritədə açıq şəkildə İsrail qeyd olunub",- məlumatda deyilir.
Qeyd edək ki, Çin İsrail və Fələstin dövlətlərini rəsmi olaraq tanıyır.