Modern.az

20 min İsrail hərbçisi Qəzzaya daxil olub

20 min İsrail hərbçisi Qəzzaya daxil olub

Dünya

31 Oktyabr 2023, 20:49

İsrail ordusunun 20 mindən çox hərbçisi Qəzza zolağına daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Amerikanın "Axios" nəşri İsrail ordusundakı iki mənbəyə istinadən məlumat yayıb.

 

Bildirilir ki, iki tank və piyada diviziyası Qəzzaya daxil olub. Nəşr əlavə edir ki, ordu quru əməliyyatlarının genişləndirilməsini müdaxilə adlandırmayacaq.

 

Anklavda İsrail ordusu yerli kəşfiyyat mənbələrindən istifadə edərək girovları tapmağa çalışır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?