Modern.az

Fələstin-İsrail Beynəlxalq Sülh Konfransı keçiriləcək

Fələstin-İsrail Beynəlxalq Sülh Konfransı keçiriləcək

Dünya

31 Oktyabr 2023, 21:53

Cümhuriyyətimizin 100 illik yubileyini 85 milyon insan olaraq böyük fəxrlə qeyd etdik. Birlikdə Türk əsrini qucaqlaşma, böyümə, inkişaf və sülh əsrinə çevirəcəyimizə ürəkdən inanıram. Yubiley həyəcanımızı istər telefonla, istərsə də mesajla bizimlə bölüşən dost ölkələrin rəhbərlərinə minnətdarlığımı bildirmək istəyirəm.

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyətin ikinci əsrinin ilk hökumət toplantısından sonra xalqa müraciətində söyləyib.

 

Çıxışında İsrail-Fələstin qarşıdurmasına toxunan Ərdoğan bildirib ki, “davam edən bu qarşıdurmanın qarşısının alınması bizim əsas vəzifəmizdir. Bunun üçün əvvəlcə atəşkəs elan edilməli, sonra daimi sülhə yolun açılması zəruridir. Bütün əlaqədar tərəflərin iştirakı ilə təşkil ediləcək Fələstin-İsrail Beynəlxalq Sülh Konfransının bunun üçün ən uyğun platforma olacağına inanırıq”.

 

O, Türkiyə adından region ölkələri ilə əməkdaşlıq çərçivəsində yeni təhlükəsizlik mexanizminin yaradılmasını zəruri hesab etdiklərini, bu addım atılacağı təqdirdə məsuliyyəti öz üzərlərinə götürməyə hazır olduqlarını bildirib.

 

Türkiyə Prezidenti indiyədək ölkəsindən Fələstinə 213 ton humanitar yardım göndərildiyini, Misirin Rəfah keçid məntəqəsi açıq olduğu təqdirdə, bu yardımların davam edəcəyini deyib.

 

Sonra Türkiyə Prezidenti hökumət toplantısında ölkədaxili məsələlərlə bağlı alınan qərarları açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək