Modern.az

OMON-çular toya basqın etdi - Azərbaycanlılar TUTULDU  

OMON-çular toya basqın etdi - Azərbaycanlılar TUTULDU  

Dünya

1 Noyabr 2023, 00:33

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən restoranların birində baş tutan azərbaycanlıların toy mərasimi hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat səbəbindən qəfil yarımçıq kəsilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı videogörüntülər “Telegram” kanallarında paylaşılıb.

 

Mərasimin keçirildiyi məkana gələn xüsusi təyinatlı polislər (OMON) toyda iştirak edən bütün vətəndaşların sənədlərini yoxlayıblar. 

 

Yoxlama nəticəsində beş nəfərin saxlandığı bildirilir. 

 

İlkin məlumata görə, saxlanılan şəxslərin deportasiya olunacaqları gözlənilir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək