Modern.az

Rişi Sunak Fələstin lideri ilə danışıqlar apardı 

Rişi Sunak Fələstin lideri ilə danışıqlar apardı 

Dünya

1 Noyabr 2023, 08:18

Fələstin prezidenti Mahmud Abbas və Böyük Britaniyanın baş naziri Rişi Sunak arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.

 

Mahmud Abbas tibbi və ərzaq yardımının çatdırılması, eləcə də insanları su və elektrik enerjisi ilə təmin etmək üçün daimi humanitar dəhlizlərin açılmasına çağırıb.

 

Böyük Britaniyanın baş naziri öz növbəsində yardımı artırmaq və humanitar atəşkəsə nail olmaq üçün bütün beynəlxalq tərəflərlə işin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Sizə yeni x var
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?