Modern.az

İtaliya Qəzzada səhra xəstəxanası qurmaq istəyir

İtaliya Qəzzada səhra xəstəxanası qurmaq istəyir

Dünya

1 Noyabr 2023, 08:36

İtaliya Qəzza zolağında səhra xəstəxanası yaratmağı düşünür.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Qido Krosetto məlumat verib.

 

"Hərbi Hava Qüvvələrinin Qəzza zolağının əhalisi üçün humanitar yardım aparan daha bir təyyarəsi Əl-Ariş hava limanına enib (Misir – red.). Biz Qəzzada səhra xəstəxanası yaratmaq imkanını nəzərdən keçiririk”, - deyə nazir X səhifəsində yazıb.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır