Modern.az

Dilan Polat və həyat yoldaşı həbs edildi

Dilan Polat və həyat yoldaşı həbs edildi

Dünya

1 Noyabr 2023, 09:00

Türkiyənin məşhur sosial media fenomeni Dilan Polat və onun həyat yoldaşı Engin Polat həbs edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Anadolu Baş Prokurorluğu Polat cütlüyü barəsində cinayətdən əldə edilən gəlirlərin yuyulmasının qarşısının alınması, Vergi Proseduru Qanununun pozulması, futbol və digər idman yarışlarında mərc oyunlarının və şans oyunlarının tənzimlənməsi cinayətlərinə görə istintaq başladıb.

 

Onların şirkətlərində aparılan axtarışlar zamanı rəqəmsal materiallar və noutbuklar ələ keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır