Modern.az

Qarant ölkə olmağa, məsuliyyət almağa hazırıq - FİDAN

Qarant ölkə olmağa, məsuliyyət almağa hazırıq - FİDAN

Dünya

1 Noyabr 2023, 15:08

"Biz Türkiyə olaraq dostlarımızla koordinasiyalı şəkildə öncə atəşkəs, sonra qalıcı sülhün təsis olunması üçün üzərimizə düşəni etməkdə qərarlıyıq. Anlaşma əldə ediləcəyi təqdirdə qarant ölkə kimi məsuliyyət almağa hazırıq".

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə XİN başçısı Hakan Fidan Ankarada səfərdə olan iranlı həmkarı Hüseyn Əmir Abdullahianla keçirdiyi birgə mətbuat konfransında deyib.

 

"Türkiyə olaraq kim tərəfindən hansı məqsədlə edilirsə-edilsin, günahsız dinc sakinləri hədəf alan hücumları heç bir şəkildə doğru saymadığımızı həmişə bütün platformalarda dilə gətirmişik. Bu bölgənin aktorları olaraq regional problemlərin çözümünü başqalarına həvalə etməməliyik.

 

Həllə yönələn alternativ mövqelərin müzakirə olunacağı bir zəmin formalaşdırmalıyıq. Beynəlxalq Sülh Konfransının bu iş üçün ən uyğun platforma olacağını düşünürük", - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək