Almaniyanın xarici işlər naziri Annalena Berbok Ermənistana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər 3 noyabrda baş tutacaq. Berbok erməni həmkarı Ararat Mirzoyan ilə danışıqlar aparacaq.
Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi nəzərdə tutulub.
Məlumata görə, almaniyalı nazir şənbə günü Azərbaycana yola düşəcək. O, Bakıda XİN rəhbəri Ceyhun Bayramovla danışıqlar aparacaq, eyni zamanda, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşü də gözlənilir.