Modern.az

“Qərbin Ukraynaya verdiyi bütün “F-16”ları üç həftəyə məhv edəcəyik” - Şoyqu

“Qərbin Ukraynaya verdiyi bütün “F-16”ları üç həftəyə məhv edəcəyik” - Şoyqu

Dünya

2 Noyabr 2023, 08:50

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Qərb ölkələrinin Ukraynaya verdiyi bütün Amerika F-16 qırıcılarını məhv etmək üçün ruslara təxminən üç həftə vaxt lazım olacaq.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Şoyqunun sözlərinə görə, o, Rusiya hava hücumundan müdafiə sisteminin işinin təhlili nəticəsində belə bir nəticəyə gəlib.

Şoyqu bildirib ki, təkcə oktyabr ayında Ukrayna Silahlı Qüvvələrinin 1400-dən çox hava hücumu silahı, o cümlədən 37 təyyarə və 6 ATACMS raketi məhv edilib.

Rusiya hərbi idarəsinin rəhbəri qeyd edib ki, vurulan təyyarələrin sayı Ukraynaya “vəd edilən” F-16-ların sayından təxminən iki dəfə çoxdur.

“Əgər bizim zenit sistemimiz bu rejimdə işləsə, amerikan qırıcılarını məhv etmək bizə cəmi 20 gün çəkəcək”, - deyə nazir bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək