Rusiya Skandinaviya sahillərində sularda təxribat üçün balıqçı qayıqlarından istifadə edir.
Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, jurnalistlərin fikrincə, Rusiya Federasiyasının bu yaxınlarda Estoniya və Finlandiya arasında dənizdə "Balticconnector" qaz kəmərinin dağıdılmasında iştirak ehtimalı yüksəkdir.
Həmçinin, 2022-ci ilin yanvarında Şpitsbergen yaxınlığında fiber-optik kabelin zədələnməsində, eləcə də bir sıra digər təxribat aktlarında iştirak etməsi güman olunur.
"Balticconnector" məsələsində, ehtimal ki, onun zədələnməsində çinli sahibkara məxsus “Newnew Polar Bear” gəmisinin əli olduğu daha əvvəl məlum olub. Bununla belə, müstəntiqlər deyirlər ki, iş adamının Rusiya ilə sıx əlaqəsi var.