Modern.az

Ukrayna Rusiyanın enerji obyektlərinə hücumlarının qarşısını almağa hazırlaşır

Ukrayna Rusiyanın enerji obyektlərinə hücumlarının qarşısını almağa hazırlaşır

Dünya

2 Noyabr 2023, 12:35

Ukrayna Rusiyanın bu ölkənin enerji obyektlərinə hücumlarına qarşı intensiv hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

 

Nəşr yazıb ki, kiçik yarımstansiyalar beton bloklardan hörülmüş divarlarla, həmçinin daşla qorunur ki, bu da ən azı düşən dağıntılardan xilas olmağa imkan verir.

 

Bundan əlavə, ventilyasiya tələb etməyən infrastruktur elementləri yerin altına köçürülüb, yarımstansiyaların və transformatorların təmiri üçün ehtiyat hissələri xaricdə saxlanılır.

 

Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, ölkə ötən qışdan daha hazırlıqlı olub. Onun sözlərinə görə, qorunma 100% effektiv deyil, lakin 80-90% hallarda işləyəcək. O əlavə edib ki, Ukraynanın elektrik infrastrukturunun təxminən 40%-i bir il əvvəl məhv edilib, lakin bu zərərin böyük hissəsi artıq təmir olunub.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək