Modern.az

Hakan Fidan ukraynalı həmkarı ilə nələri müzakirə etdi...

Hakan Fidan ukraynalı həmkarı ilə nələri müzakirə etdi...

Dünya

2 Noyabr 2023, 21:13

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə D.Kuleba sosial şəbəkə səhifəsində məlumat yayıb.

 

“Berlində olarkən türkiyəli həmkarım Hakan Fidanla görüşdüm. Biz Qara dəniz regionunda təhlükəsizlik məsələləri və Ukrayna taxılının dünya bazarlarına çıxarılmasını müzakirə etdik", - deyə ukraynalı nazir bildirib.

 

Nazirlər, həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

 

Qeyd edək ki, bu gün Berlində Almaniya diplomatiyasının rəhbəri Annalena Barbokun təşəbbüsü ilə xarici işlər nazirlərinin görüşü keçirilir. Tədbirə potensial namizəd kimi Aİ ölkələrinin, namizəd ölkələrin, o cümlədən Ukraynanın, eləcə də Gürcüstanın Xarici İşlər nazirliklərinin rəhbərləri dəvət olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...