Modern.az

Serbiyanın kəşfiyyat rəhbəri Qərbə görə istefa verdi

Serbiyanın kəşfiyyat rəhbəri Qərbə görə istefa verdi

Dünya

4 Noyabr 2023, 00:34

Serbiyanın Təhlükəsizlik və İnformasiya Agentliyinin direktoru Aleksandar Vulin istefa verib.

 

Modern.az xəbər verir ki, A.Vulin ABŞ və Avropa İttifaqını şantajda ittiham edib, Serbiyaya qarşı təzyiqləri artırmaqda günahlandırıb.

 

“Mən Serbiyaya qarşı şantaj və təzyiqin səbəbi deyiləm, buna icazə verməyəcəyəm. Bunun üçün də Təhlükəsizlik və İnformasiya Agentliyinin direktoru vəzifəsindən istefa verirəm. Mənə qarşı tətbiq edilən sanksiyalar serblərin birliyi uğrunda inadkar mübarizəmin sübutudur”, - deyə o bildirib.

 

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət idarəsi iyul ayında Aleksandar Vulinin sanksiya siyahısına daxil edildiyi barədə məlumat yaymışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək