Modern.az

Avropa Komissiyasının rəhbəri Kiyevə gedir

Avropa Komissiyasının rəhbəri Kiyevə gedir

Dünya

4 Noyabr 2023, 07:48

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen noyabrın 4-də, şənbə günü Kiyevə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın “Strana” nəşri Ukrayna hökumətindəki mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, səfər zamanı ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanması ilə əlaqədar heç bir açıqlama verilməyəcək.

 

Qeyd edək ki, Ali Radanın deputatı Aleksey Qonçarenko cümə günü Avropa Komissiyasının rəhbərinin Kiyevə Aİ-yə daxil olmaq üzrə danışıqların başlanması ilə bağlı “Ukrayna üçün müsbət xəbər”lə gələcəyini deyib.

 

Lakin “Strana”nın mənbəsinin sözlərinə görə, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlardan danışmaq hələ tezdir, ilk növbədə tövsiyələrin icrasına müsbət qiymət verilməlidir.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək