Rusiya noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyada keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasına dəvət olunub.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
“Biz nazirlər səviyyəsində getmək niyyətindəyik, bu, nazirlərin görüşüdür”, - deyə söyləyib.
Şuranın toplantısı Skopye şəhərində baş tutacaq. İllik iclas ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin dəvəti ilə baş tutacaq.
Ötən il Polşa ATƏT-ə sədrlik edib, o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dekabrın 1-2-də Lodzda keçiriləcək Nazirlər Şurasının iclasında iştirakına icazə verməkdən imtina etmişdi.