Ukrayna prezidenti Volodimir Zelenskinin gələn həftə İsrailə səfəri üçün hazırlıqlar qabaqcıl mərhələdədir.
Modern.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri yazıb.
Qeyd olunub ki, Zelenskinin gəlişi və onun baş nazir Benyamin Netanyahu, prezident İsaak Hersoq və digər İsrail liderləri ilə çəkdirdiyi fotoşəkil dünyaya mesaj göndərəcək.
“Bu, İsrail, Ukrayna, Avropa və ABŞ-ın Rusiya-İran oxuna qarşı vahid cəbhəsi olduğunu göstərəcək”, - deyə əlavə olunub.
Materialda deyilir ki, Zelenski bazar ertəsi və ya çərşənbə axşamı İsrailə gedə bilər.