Qəzza zolağının şimalında 400 min insan qalıb.
Modern.az BBC-yə istinadən xəbər verir ki, bu məlumatı ABŞ-ın Yaxın Şərqdə humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Devid Satterfild açıqlayıb.
İsrailin bütün sakinləri təxliyə etməyə çağırdığı Qəzza zolağında hələ də 400 minə qədər insan var.
Son bir neçə həftə ərzində İsrail Qəzzanın şimalındakı sakinləri təhlükəsiz zona adlandırdığı cənuba köçməyə çağırıb.
Jurnalistlərə danışan Satterfield təxmin etdiyinə görə, 800 000 ilə 1 milyon arasında insanın cənuba köçdüyünü, 350 000 - 400 000 nəfərin isə anklavın şimalında qaldığını söyləyib.