Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının “The Economist” jurnalına müsahibəsində səsləndirdiyi fikirlə razılaşmayıb.
Modern.az xəbər verir ki, bu barədə o, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə birgə mətbuat konfransında danışıb.
Zalujnı “ordunun hücumlarının dalana dirəndiyini" bildirib. Zelenski isə Ukrayna ordusunun cəbhədəki vəziyyətinin dalana dirəndiyini hesab etmədiyini bildirib və deyib ki, Rusiya səmaya nəzarət edir. Bu səbəbdən ordunun şəxsi heyəti arasında çoxsaylı itkilərin qarşısını almaq üçün qoşunlar planlı şəkildə döyüşlər aparır.
"İnsanlar yorulub. Hamı yorulub və müxtəlif fikirlər var... Statusundan asılı olmayaraq bütün insanlar. Və hər şey aydındır. Burada belə bir şey yoxdur. Amma bu, dalana dirəniş deyil", - Zelenski qeyd edib.