Modern.az

Zurabişvili icazəsiz Fransaya getdi

Zurabişvili icazəsiz Fransaya getdi

Dünya

9 Noyabr 2023, 18:22

Gürcüstan Prezidenti Salome Zurabişvili Fransaya səfər edib.

 

Modern.az xəbər verir ki, o, 10-11 noyabr tarixlərində keçiriləcək Paris Sülh Forumunda iştirak edəcək.

 

Zurabişvili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və İsveçrə Prezidenti Alen Berse ilə birlikdə noyabrın 10-da böhranlar və münaqişələrə həsr edilmiş paneldə çıxış edəcək.

 

Prezidentin səfər üçün hökumətdən icazə almadığı bildirilir. Qeyd edək ki, Zurabişvili bundan əvvəl də icazəsiz xarici ölkələrə səfər edib. Buna görə hökumət onu impiçment etmək istəsə də, uğurlu nəticə əldə edə bilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək