Livanın “Hizbullah” qruplaşması Rusiya və Sovet istehsalı olan P-800 "Yaxont" gəmi əleyhinə raketlərlə silahlanıb.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən yazıb.
Agentliyin məlumatına görə, raketlərin Suriyadan gətirildiyi güman edilir. Suriyada 2011-ci ildə gedən vətəndaş müharibəsində qruplaşma prezident Bəşər Əsədin qüvvələrinin tərkibində döyüşüb.
Raketlərin "Hizbullah"a dəqiq nə vaxt çatdırıldığı açıqlanmır.