Yanacaq ehtiyatı bitdiyindən Qəzza şəhərində yerləşən Əş-Şifa xəstəxanasında əməliyyat xidmətləri göstərilməyəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi çıxış edib.
O, həmçinin əlavə edib ki, hazırda Əş-Şifa xəstəxanasında kuvez-inkubatorda 45 körpə saxlanılır.
“Lakin onlardan biri tibb mərkəzinin fəaliyyətində yaranan problemə görə həyatını itirib”, - deyə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi qeyd edib.