Modern.az

Ukraynaya hərbi yardımı ikiqat artırır

Ukraynaya hərbi yardımı ikiqat artırır

Dünya

11 Noyabr 2023, 21:19

Almaniya hökuməti Ukraynaya hərbi yardım üçün dövlət büdcəsindən əlavə 4 milyard avro ayrılması barədə qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Bild” qəzeti Almaniya Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

 

Almaniya ilkin olaraq 2024-cü ildə Ukraynaya silah tədarükü üçün 4 milyard avro ayırmışdı. Almaniya Müdafiə Nazirliyində yeni hərbi yardım paketləri üçün 120 milyon avro qalıb.

 

Qəzetin məlumatına görə, Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya yardım üçün ayrılması üçün daha 5 milyard avro tələb edib. Nəticədə hökumət 4 milyard avroya razılaşdı.Gələn həftə Bundestaqın Büdcə Komitəsi rəsmi olaraq dövlət büdcəsinə dəyişikliklərlə bağlı qərar verəcək.

 

"Bild" qeyd edir ki, Almaniya Müdafiə Nazirliyinin daha 2 milyard avrosu var və departament bundan “uzunmüddətli müdafiə müqavilələrinin həyata keçirilməsi üçün vəsait” kimi istifadə edə bilər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək